Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Çimərliklərə giriş pulsuzdur, şlaqbaumlar sökülüb - VİDEO
Çimərliklərdə reyd keçirilib.
Reyd zamanı çimərliklərin girişində quraşdırılan şlaqbaumlar götürülüb və insanların istirahət mərkəzlərinə pulsuz girişi təmin edilib.
Görüntülər Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və xidmət departamentinin əməkdaşlarının keçidiyi reyddəndir. Yoxlamalar bu gün Türkan, Zirə və Mərdəkan çimərliklərində aparılıb. Giriş üçün istirahətə gələnlərdən ödəniş tələb edən bir sıra çimərliklər müəyyən olunub. Qurum əməkdaşları həmin obyektlərin girişində quraşdırılan şlaqbaumları söküblər, həmçinin obyekt sahibləri ilə söhbətlər aparıblar.
Çəkiliş zamanı isə obyekt sahibləri giriş üçün pul aldıqlarını danıblar.
Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və xidmət departamentinin əməkdaşları dünən 9, bu gün isə 4 çimərlikdə monitorinq keçiriblər. Həmin çimərliklərdə olan qapılar və şlaqbaumlar, habelə üzərində qiymət yazılan lövhələr götürülüb. Sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.
Qeyd edək ki, qurumun monitorinqləri bundan sonra da davam edəcək. \\xezerxeber.az
Tarix: 28 iyun 2019
Baxış: 422

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş