İnsan daim səcdə etmək üçün obyekt axtaran bir varlıqdır.Onun ibtidai şüurunda təbiət hadisləri (ildırım, günəş və ay tutulmas, yağış. qar və s.), təbiətin özü(ağac, daş, dağ və s.), onların edə bilmədiklərini edib, möcüzə göstərən insanlara və obyektlərə etiqad var. Bu inancları insanlar özü yaradır. Yəni insan ümidsiz vaxtında bir dağın ətəyində yatıb və elə həmin gün onun probleminə çarə tapılıb. Həmin şəxs də məhz dağın mözücə yaratdığı bir məkan olduğuna inanmağa başlayır. Həmin adam uzun müddət dərdinə çarə üçün dua edib və bir gün bu dualar həyata keçməli idi. Dualar, yaxud meditasiyalar İlahi gücə (xaricə) - enerjiyə yönəlmiş bir daxili enerjidir. Gedən qayıtmalıdır. Belliklə, enerji geriyə arzularımızla qayıdır və inancı gücləndirir. Mövzu ilə bağlı kvant psixoloqu, Gülnara İnancın yazısını təqdim edirik.
Təbii ki, enerjinin toplaşdığı və daha güclü axdığı yerlər və vaxtlar var. Əgər uyğun vaxtda uyğun yerdə olsaq, göndərdiyimiz dualar (enerji) və aldığımız nəticələr - həyata keçən arzularımız (enerji) daha sürətli və güclü olacaq. Hər bir istəyin həyata keçməsi bir vaxt istəyir, bu vaxt tamamlananda arzular çin olur. Deyəcəksiniz: "Bəs niyə bütün arzular həyata keçmir?". Bu isə başqa bir mövzudur.
Başqa bir amil isə özünətəlqindir. Belə ki, insan bu ya digər dində əsrlərdən gələn möcüzələr haqda eşidir və bu onun şüuraltına siraət edir. Nəticədə isə xüsusi şərait və tələbat yarandıqda, bəzi hallarda isə hər şeydən ümid üzüldükdə insanlar öz əqdəsinə uyğun olan ibadətgaha gedir.
Bütün dinlərdə hamının üz çevirib dua etdiyi və səfər edib başına dolandığı bir məkan var.
Bütün müsəlmanlar üçün bu, Kəbədir, şiələr üçün bundan əlavə Məşhəd, Nəcəf və Qum da var. Xristianlar üçün İsa peyğəmbərin doğulduğu və çarmıxa çəkildiyi yerlər, yəhudilər üçün Ağlama divarı (Birinci məbədin qalıqları), atəşpərəstlər üçün Hindistan, buddistlər üçün Tibet, zərdüştilər üçün İran, bəhailər üçün Xayfa bağları və sair.
Bundan əlavə, müxtəlif dinlərə bağlı məhəlli övliyaların da məzarları ibadəgaha, inanc yerinə çevrilə bilər. Müxtəlif dinlərə məxsus ibadət və dua evləri də əslində insanların inanc yeridir. Təbii ki, siz evinizdə də dua etsəniz, duanız ya qəbul olar, ya da yox.
Lakin insanların toplu dualar etdiyi yerlərdə enerji sütunları yaranır və ilahi məkanla - kosmosla əlaqə güclənir. İnsanlar isə bunu kortəbii, bəzən isə fiziki şərtlərlə də hiss edə bilər. Burda əsas məsələ ürəkdən, Yaradana inanaraq dua etməkdir. İnsan nə qədər güclü inansa, nəticə də o qədər sürətli olacaq.
Bunun üçün hansısa dini kitabda qeyd olub-olmaması vacib deyil. Sünni müsəlman üçün Məşhəd və Nəcəf bütpərəstlikdirsə, şiə üçün müqəddəs inanc yeri. İnsanın ibtidai şüurunda inanc artıq mövcud olduğu üçün o, nəyə isə inanmalıdır.
Yəni məhəllədəki ocaq-pirdən, seyid evindən Kəbənin fərqi dindar olmayan üçün onun energetik gücündə, dindar üçün isə Quranda bu haqda yazılmasında ola bilər. Belə ki, Kəbəni milyonlarla insan ziyarət etdiyi, orada ilahi güclə əlaqə güclü olduğu üçün əldə olunan nəticələr də böyükdür. Amma buna inanmayan biri üçün Kəbə heç bir nəticə verə bilməz.
Qeyd etdiyim kimi, Qum, Məşhəd və Nəcəfi təvaf (dolanmaq) haqda Quranda qeyd olmasa da, oralar bir qisim müsəlman üçün müqəddəsdir.
İnsan hər yaranan problemi üçün minlərlə kilometr uzaq ibadətgahlara gedə bilmir və yaxınlıqda yerləşən bir dağ, iz, seyid evi və sair onun ümid yerinə çevrilir. Biri Kəbəyə əlini sürtüb ümid istəyir, o biri İmam Rzanın qəbrinə, digəri isə qonşuluqdakı seyidin papağına.
Bundan əlavə, maraqlı olan odur ki, insanlar hər şeydən əl üzəndə özünün ənənəvi dininə yox başqa dinlərin ibadərgahlarından imdad diləyir. Beləliklə, siz Azərbaycandakı kilsələrdə, sinaqoqlarda ənənəvi müsəlman olanları, pirlərdə və məscidlərdə isə ənənəvi xristianları və yəhudiləri görə bilərsiniz. Ənənəvi xristianların Mir Möhsün ağa ziyarətgahından qayıdandan sonra həyatlarının dəyişənlər də var, kilsədə dua yazdırıb əlac tapan ənənəvi müsəlmanlar da.
Bundan əlavə, amuletlərə də inananlar, onların insana bu ya digər bir işdə köməkçi, yaxud qoruyucu ola biləcəyini düşünənlər də az deyil. İnsanın güclü inancı adi bir daşı müqəddəs edə bilər. Bu nədir? Bu, inanc , ümid enerjisini bir nöqtəyə yönəltməkdir. Əksər dinlərdə, o cümlədən meditativ texnikalarda da duanı, yaxud enerjini səni narahat edən obyektə yönəltməkdir (duaları üfürürlər). Bir şeyi uzun müddət etdikdə mütləq nəticə olacaq. Damcı daşı yonur.
Bir çox ölkələrdə fəvvarələrə, yaxud su mənbələrinə sikkə atmaqla, yaxud ağac koğuşundan keçməklə, bir daşa toxunmaqla azrzularının çin olacağı kimi inanclar var. İnanc insanın ibtidai şüurunun tələbatıdır.
Hamıdan güclü iradə və psixoloji səbat gözləmək olmaz. Əslində yuxarıda gətirdiyimiz bütün nümunələrə bir də nazır salsaq , bunu deyə bilərik ki, insan öz daxili gücü ilə İlahi gücün vəhdəti nəticəsində möcüzələr yaradır.
Hər kəs ruhunu gücləndirməlidir, bu zaman onun İlahi enerji ilə rabitəsi güclənəcək və arzuları Yaradanla (Kvant sahəsi ilə) eyni vibrasiyada olacaq. Nəticədə bütün arzular çin olacaq. Odur ki, arzularınızın həyata keçməsini istəyirsizsə, İlahinin dalğasına köklənin. \\Medicina.az