Azər Bayramov açıqladı: İnflyasiyaya necə nəzarət olunacaq? - VİDEO
Azərbaycanda vergi, gömrük, sosial sığortanın yığımları kimi sahələrdə aparılan islahatlar artıq nəticəsini verir.Beləki bu sahələrdən dövlət büdcəsinə daxil olan nəzərdə tutulandana əlavə vəsait sosial islahatların həyata keçirilməsinə şərait yaradacaq.
Beləki artıq Dövlət Sosial Müdafiə Fonduna toplanan 150 milyon manat vəsait sosial müdafiəyə yönəldiləcək. Dəyişiklik təklifi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən təqdim edilib.
Komitə sədri Ziyad Səmədzadə isə ölkəmizdə əmək haqqının ümum daxili məhsulda çəkisinin 16-17% təşkil etdiyini , görülmüş tədbirlər nəticəsində 20-25 faizə çatacağını amma bu rəqəmin də hələki az olduğunu bildirib. Millət vəkili Əli Məsimlı islahatların müsbət nəticələri barədə fikirlərini açıqlayıb.
Komitə iclasında o da bildirilib ki, artımların infilyasiya səbəb olmaması üçün dövlət öz riçaqlarından istifadə edərəksuni infilyasiyanın qarşısını alacaq. Bu təcrübə bundan əvvəlki artımlardan da mövcüddur. Eyni zamanda iclasda o da bilidirilib ki, artımlardan sonra Azərbaycanda orta aylıq əmək haqqınında 15 % artaraq ən az 670 manata bərabər olacağı gözlənilir. \\ xezerxeber.az