“Mobil Telekommunikasiya – Son Trendlər və Yeniliklər” mövzusunda keçirilmiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb.
Seminarda təlimçi qismində Bakcell və digər telekommunikasiya şirkətlərini təmsil edən Azərbaycanın aparıcı telekommunikasiya ekspertləri çıxış edib. Tədbir zamanı “Post COVID dövründə İT, Telekomda və istehlakçı davranışında trendlər”, “Mobil şəbəkənin inkişafı və dövlət əhəmiyyətli tədbirlərdə şəbəkə dayanıqlığını təmin etmək üçün görülən işlər”, “Pandemiyanın müştəri xidməti sektoruna təsiri və rəqəmsallaşma tendensiyaları”, “Data mərkəzlərinin telekommunikasiyada rolu”, “VoLTE texnologiyasının inkişafı” və “Smart şəhərlər və onların qurulmasında telekommunikasiya sənayesinin rolu” mövzuları üzrə interaktiv sessiyalar keçirilib.
Faydalı məruzə və təqdimatlarla yadda qalmış seminar zamanı təlimçilər jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, onlarla fikir mübadilələri və müzakirələr aparıblar.










Paşinyan boşanma xəbərinə görə jurnalisti məhkəməyə verdi
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar..
Dövlətə xəyanətdə ittiham olunan mətbuat katibi məsuliyyətə cəlb ediləcək
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
“İkisinin də cəzasını mən ödədim” - Aysundan etiraf
Yeni icra başçısı birinci müavinini işdən azad etdi
Azərbaycanda bu bayram qadağan edilə bilər – Bizim deyil!
Isparta – Türkiyənin gül qoxulu şəhəri - FOTOLAR
"Nüvə qışı" təhlükəsi - BÜTÜN DÜNYADA!
Pensiyalar bu tarixdə ödəniləcək




