Gender.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, ötən həftə ərzində müşahidə edilən həddən artıq sıxlıq orta mətktəblərdə və ali təhsil müəssisələrində əyani təhsilin bərpa olunması ilə bağlıldır:
“Dərslər təzə açılanda övladlarla birgə valideynlər, yaxın qohumlar da gəlirlər, küçələrdə avtomobillərin sayı həddən artıq çoxalır və hər hansı bir qəza verəndə isə tıxaclar daha çətin olur”.
Ekspert bildirib ki, rayonlardan övladlarını ilk dəfə ali təhsil müəssisəslərinə gətirən valideynlər də az deyildi və həmin valideynlərin də bir çoxu şəxsi avtomobillə gəlirdilər: “Rayondan gələn insanların Bakı yollarını və küçələrini o qədər də yaxşı tanımaması, avtomobilləri Bakı küçələrində bir qədər naşı idarə etmələri də tıxacların yaranmasına səbəb olurdu.
Artıq bu həftədən valideynlər övladları ilə birgə gəlməyəcək, rayondan gələn avtomobillər artıq geri dönürlər. Bu baxımdan bu həftə tıxaclar bir qədər azalacaq, ancaq ümimilikdə tıxaclar həmişəki kimi yenə də davam edəcək”.







Bu halda avtomobil dövlət mülkiyyətinə keçəcək
Türkiyənin döyünən ürəyi adlandırılan Mersin – FOTOLAR
Sabah qaz kəsiləcək - Bu ərazilərdə
ChatGPT insanı saniyələr içində "oxuya" bilər: Şəxsiyyətin təhlili üçün 10 sorğu
Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda MÜƏYYƏNLƏŞƏCƏK
Nevrozdan əziyyət çəkənlərin nəzərinə — Bu yolla...
"Nizami" yaxınlığında yeni stansiya ideyası ağılsızlıqdır - Vəkil Sahib Məmmədov
Malların gömrük bəyanında YENİLİK




