Xəbər lenti
Reklam
"Xəstəliyimə görə məni xınalara çağırmırlar, işimi bağladım" - Əməkdar artist
 
Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva artıq xına məclislərinə dəvət edilmədiyini söyləyib.

Gender.az xəbər verir ki, lent.az-ın canlı yayımına qonaq olan aktrisa biznesinin bağlandığını deyib:

"Xəstəliyim olan gündən xınalara çağırmadılar. Yəqin, valideynlər deyir ki, bu xəstə gəlib bizə nə arzu edəcək? Ayaqüstəyəm, danışa bilirəm.
 
Təkcə saçım yoxdur. Nə olsun? Toya gedirsən ən az 5 nəfərin başında parikdir. Onsuz xınada yaylıq örtürəm. Yenə də onları qınamıram. Amma bu iş məndə bağlandı. Əminəm ki, xəstəliklə bağlı oldu"
Tarix: 14 iyun 2019
Baxış: 12378

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş