Redaktor seçimi
    Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu – övladını ad-soyadını və aliment verəcək
Xəbər lenti
Reklam
Fransa prezidenti Paşinyanla regiondakı vəziyyəti MÜZAKİRƏ EDİB

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Paşinyan Makronun bölgədə uzunmüddətli sülh və sabitlik yaratmağa yönəlmiş səylərini yüksək qiymətləndirib.
Həmsöhbətlər gündəmdəki ikitərəfli məsələləri və bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında son telefon danışığı avqustun 3 -də olub. \\Report

Tarix: 21 avqust 2021
Baxış: 176

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş