Leysan təyyarənin Naxçıvana enməsinə imkan vermədi
Bu gün Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, lakin Lənkərana məcburi eniş etmiş təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb.Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib.
AZAL bildirib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.\\Teleqraf.com
Tarix: 08 iyun 2019
Baxış: 487
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş