18 yaşlı qızını zəncirləyən ana danışdı: “Qarşısını kəsə bilmirəm” - VİDEO
Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü gənc qız zorakılığa və istismara məruz qalıb. Belə ki, onun anası gənc qızı ayağından zəncirlə evə bağlayıb. Baku TV əməkdaşları gənc qızın anası ilə söhbət edib.
O bildirib ki, qızına heç bir şiddət göstərməyib.
“Qarşısını ala bilmirəm, nə etməliyəm? Hər şeyini alıb gətirirəm, deyirəm çölə çıxma, çıxır”, – deyə, gənc qızın anası deyib.