Redaktor seçimi
    Rusiya Hadruta ordu yeritmək istəyir – Lavrovun səfəri və Moskvanın SENSASİON 2 HƏDƏFİ
Xəbər lenti
Reklam
Yoluxmaların 10 dəfə artmasının SƏBƏBİ bu imiş

"Məncə, bu, Britaniya ştamıdır. Çünkü keçən illə müqayisədə xəstəlik daha aqressiv gedişlidir”.
 
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə mart ayı ərzində yoluxmaların sayının 10 dəfə artmasına aydınlıq gətirərkən deyib. İnfeksionist hesab edir ki, bu artım Biritaniya ştamı (B1.1.7) hesabına baş verir:
 
"Əvvəlki aylarla müqayisədə xəstələr 2-3 günə ağırlaşır.Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir.Temperaturu salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir”.
 
Vüqar Cavadzadə qeyd edib ki, gündəlik yoluxanlar arasında epidemik anamnez toplamaq lazımdır:
 
"Yəni, bunlar 14 gün ərzində harda olublar, hara gediblər, hərarəti olan xəstələrlə kontaktda olublarmı və s. Son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil apardım. Nəticədə görürəm ki, yaşlı insanlar daha çox yas yerlərində kütləvi yoluxurlar. Maraqlısı da odur ki, yaşlı insanlar koronavirusdan dünyasın dəyişən insanın yasına gedirlər. Cavan insanlar daha alkiv həyat tərzi keçirdiyinə görə bunlar avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar. Epidemik cəhətcə deyilənləri təhlil edib, yoluxmalar daha çox baş verən yerlərdə əksepidemik tədbirlər gücləndirilsə, yaxşı olar”. \\Qaynarinfo
 

Tarix: 09 aprel 2021
Baxış: 82

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]