Xəbər lenti
Reklam
Goranboydakı qəzada ölən və yaralananların ADLARI BİLİNDİ

Goranboyda yol qəzasında ölən və yaralananların adları məlum olub.
Mikroavtobusun yük maşınına çırpılması nəticəsində, 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində vəfat edib.
Daha iki nəfər, 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
19:30
Goranboyda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. \\APA

Tarix: 29 yanvar 2021
Baxış: 250

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş