Məcburi köçkünlər üçün ƏMƏK YARMARKASI KEÇİRİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir.
Nazirlikdən Gender.az-a verilən məlumata görə, növbəti belə tədbir gələn həftə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək. Rayonda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində təşkil olunacaq yarmarkada işsiz və iş axtaran şəxslərə özəl və dövlət müəssisələrində olan vakant iş yerləri təqdim ediləcək. Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi layihələr barədə də məlumatlar veriləcək. Ümumilikdə yarmarkada 70-dək müəssisənin iştirak edəcəyi gözlənilir.
Əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.
Tarix: 04 may 2019
Baxış: 409
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş