Xəbər lenti
Reklam
Maşınlardan oğurluqların qarşısı necə alınmalı?
Son günlər paytaxtın müxtəlif ərazilərində avtomobillərdən silsilə oğurluqlar edilib. 
Sosial şəbəkələrdəki paylaşımlardan bəlli olur ki, hadisələr daha çox Nərimanov, Xətai, Sabunçu rayonlarında qeydə alınır. Bəs, bu kimi hallarla üzləşməmək üçün nə etməli?
Təhlükəsizlik üzrə ekpert Elmar Nurəliyev deyir ki, maşın sahibləri avtomobillərini park edərkən düzgün yer seçməlidir: “Maşını qaranlıq yerdə, dalanda, ağac altında park etmək düzgün deyil. Yaxşı olar ki, avtomaşınlar görünən məkanlarda, pəncərənin, bina girişlərinin önünündə saxlanılsın”
Ekspert deyir ki, təhlükəsizlik üçün müşahidə kameraları da önəmlidir: “Eyni zamanda, avomobillərim salonunda görünən əşya, bağlama saxlamaması məqsədəuyğundur.
Məsələnin maraqlı tərəflərindən biri də oğurluqlar zamanı maşının siqnalizasiyasının işə düşəməməsidir. Mütəxəsisslər deyir ki, oğurluqlar daha çox yan şüşələrinin dındırılması ilə törədildiyi müşahidə edilir. Qarəti törədənlər həssaslığı ilə seçilən bu şüşəni “sveça” deyilən ehtiyyat hissəsindən istifadə edirlər ki, bu da siqanizasiyanın səssiz edir”.
Ekpertlər deyir ki, avtomobillərin qarət olunması ilə bağlı faktları araşdırarkən müəyyən olunub ki, bu oğurluqları törədınlərin böyük əksəriyyəti tüfeyli həyat tərzi sürən şəxslər, yaxud narkotikdın asılı olan gənc və yeniyetmələrdir: “Törədilən hadisələrin geniş ictimai narazılığı ilə bağlı Daxili İşlər Nazirliyi əhaliyə müracəti edib. Nazirlik, vətəndaşlara avtomobillərinin park edilməsi zamanı nələrə diqqət olunması ilə bağlı təlimatlar verir. Amma görünən odur ki, əməliyyat-axtarış tədbirləri hələki tam nəticə verməyib”.
 
Tarix: 30 aprel 2019
Baxış: 474

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş