Xəbər lenti
Reklam
“Bu qışı karantin rejimində keçirəcəyik” – TƏBİB rəsmisi
                     
İntensiv terapeya şöbəsində müalicə alan xəstənin müalicəsilə, yüngül xəstələrin müalicə müddəti eyni deyil. Bu baxımdan getdikcə, xəstəxanaların doluluq faizi artır”.

Gender.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələtini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.


Y.Qarayevanın sözlərinə görə, hazırda virusla mübarizədə yeganə metod karantin rejimi, maska, sosial məsafənin saxlanılmasıdır:


“Biz lokal sərtləşdirmələrə getdik, amma bu da effekt vermədi. Biz insanların sosial vəziyyətini də başa düşürük, kütləvi tədbirlərdə iştiraklarını da başa düşürük. Amma orada gənclərlə yanaşı, yaşlı insanlar da olur. Bu gün ailəiçi yoluxmaların sayı sürətlə artır. Ona görə də evlərdə də müəyyən tədbirlərin keçirilməsindən çəkinməliyik”.
Modern.az-ın yazdığına görə, TƏBİB rəsmisi deyib ki, vaksin növbəti ilin aprelinə hazır olacağından, bu qışı karantin rejimində keçirəcəyik.
Tarix: 19 noyabr 2020
Baxış: 376

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş