Xəbər lenti
Reklam
Millət vəkillərindən şəhid ailəsinə GÖRÜNMƏMİŞ YARDIM: Tester şampunlar, duş geli... - FOTO

                     

Millət vəkilləri Məşhur Məmmədov və Anatoli Rafailov şəhid kapitan Aqil Məlikovun ailəsinə "sovqat" adı altında sabun, duş geli və şampun göndərib.

Gender.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
 
Məlumata görə, M.Məmmədov öz həmkarı Anatoli Rafailovun da seçicilərindən olan şəhid ailələrinə kömək edəcəyini bildirib. Ancaq onun yardm adı altında şəhid ailəsinə duş geli, antibakterial gel, tester şampun, tester ətirlər və s. göndərməsi birmənalı qarşılanmayıb.


Sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gələn deputatın "Embawood" mebel firmasının sahibi olduğu, onlarla şirkəti, binaları olduğu diqqətə çatdırılıb. (Sfera.az)
                                    
Tarix: 19 noyabr 2020
Baxış: 444

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş