BNA-dan hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Yağışlı hava şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.
Bu barədə Gender.az-а Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilir ki, gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda "yaşıl dalğa" əmri tətbiq edilib.
Həmçinin, sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb:
"Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik".
Tarix: 16 noyabr 2020
Baxış: 250
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş