Xəbər lenti
Reklam
Erməni könüllüləri döyüşməkdən imtina etdi
                                                                  
Qarabağda Azərbaycana qarşı əməliyyatlarda iştirak etmək üçün cəbhə bölgəsinə gətirilən erməni könüllülər döyüşməkdən imtina ediblər.

Bu barədə Gender.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.


“Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır” – deyə açıqlamada bildirilir.
Tarix: 02 oktyabr 2020
Baxış: 441

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş