Avqustun 15-dən etibarən Bakı Metropolitenində xəttlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi başlayır.
Gender.az-ın məlumatına görə, tikinti işlərinin təxminən 10–11 ay davam etməsi planlaşdırılır.
Bu müddətdə "28 May" stansiyasında sərnişin sıxlığını azaltmaq üçün "Dərnəgül" istiqamətinə gedən sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər.
Bundan başqa, "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında ikinci sərnişin keçid tuneli istifadəyə veriləcək.
Bu müddətdə "Dərnəgül" istiqamətindən gələn qatarlar yalnız "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq. Sərnişinlər "Nizami" stansiyasından çıxmaqla hərəkətə ya piyada, ya da avtobusla davam etməli olacaq. Metro ilə hərəkətə davam etmək istəyənlər ünvan başına "28 May" stansiyasından istifadə etməklə çata bilərlər.
"Həzi Aslanov"dan "Dərnəgül"ə getmək istəyənlər isə "28 May" stansiyadından çıxıb avtobusla "Nizami"yə getməlidirlər.
Tikinti başa çatdıqdan sonra yaşıl xətt "Dərnəgül" – "Cəfər Cabbarlı" – "Xətai" marşrutu üzrə işləyəcək.
İlkin mərhələdə yaşıl xəttdə interval 3 dəqiqə 30 saniyə, sonrakı mərhələdə isə təxminən 2 dəqiqə olacaq.
Qırmızı xəttdə tikinti dövründə gücləndirilmiş iş rejimi tətbiq ediləcək və intervalın 2 dəqiqə 30 saniyə saxlanılması planlaşdırılır.
"İçərişəhər" geri dönmə tuneli istifadəyə verildikdən sonra qırmızı xətt üzrə intervalın da təxminən 2 dəqiqəyə endirilməsi nəzərdə tutulur.