İslam Bazarqanov Albaniyada Avropa çempionu olub
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi adını qazanıb.
57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.
Beləliklə bu Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar. \\Ölkə.az
Tarix: 25 aprel 2026
Baxış: 20
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş