Xəbər lenti
Reklam
Nazir aparat rəhbəri və müşavir təyin etdi

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
 
Gender.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.
 
Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.
 
Bundan əlavə, indiyə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.

Tarix: 23 aprel 2026
Baxış: 20

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş