Xəbər lenti
Reklam
Azərbaycanda bu qurum ləğv edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindəki qurumlardan biri fəaliyyətini dayandırmaq qərarı alıb. Agentliyin yaşıllaşdırma və ekoloji məsələlərlə məşğul olan strukturu rəsmən ləğv edilir.

Söhbət “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) gedir. Qurumun ləğv olunması ilə bağlı artıq rəsmi elan verilib. Kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, 2025-ci məhəllə ünvanına təqdim edə bilərlər.

Məlumat üçün bildirək ki, bu MMC 2005-ci ildə dövlət qeydiyyatına alınmışdı. Şirkətin nizamnamə kapitalı simvolik olaraq 20 manat təşkil edir. Qurumun hansı səbəbdən bağlandığı və gələcək ekoloji layihələrin necə tənzimlənəcəyi barədə hələlik əlavə məlumat verilmir. \\Demokrat.az
Tarix: 17 aprel 2026
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş