Xəbər lenti
Reklam
Rusiyadan bu ölkələrə xəbərdarlıq etdi: Zərbə endirəcəyik!

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Ukrayna PUA-larının hücumları qarşısında Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.

Şoyqu mediaya açıqlamasında bu barədə deyib.

"Son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya qarşı hücumları daha tez-tez baş verir. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir.

Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə olduğu kimi, son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə açıq şəkildə qoşulurlar.

Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir", - deyə Şoyqu vurğulayıb. \\Bakupost.az

Tarix: 16 aprel 2026
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş