Xəbər lenti
Reklam
Aprelin 2-də qaz kəsiləcək - Bu ərazilərdə

Aprelin 2-də saat 10:00-dan etibarən Şəmkir rayonunda 2 358 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gender.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qaracəmilli ortatəzyiqli qaz xəttində, eləcə də həmin xətdən ayrılan qollarda qazsızmaları aşkar edilib. Problemlərin aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılması planlaşdırılıb.
İşlər başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar və Ağlavaşlı kəndlərində qaz təchizatı dayandırılacaq.

Tarix: 01 aprel 2026
Baxış: 45

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş