Xəbər lenti
Reklam
Pakistan Azərbaycanla həmrəylik ifadə etdi


Pakistan Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib.

Gender.az xəbər verir ki, bu barədə Pakistan XİN-in "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
"Pakistan qardaş ölkələr - Türkiyə və Azərbaycana qarşı yönəlmiş son hücumlarla bağlı ciddi narahatlığını ifadə edib. Bu hücumlar beynəlxalq hüququn və dövlətlərarası münasibətlər prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionda gərginliyin daha da artmasına gətirib çıxara bilər. Pakistanın Türkiyə və Azərbaycanla möhkəm həmrəyliyini təsdiqləyərək, biz regionda sülh və sabitliyin qorunması üçün təmkinliliyə, dialoq və diplomatiyadan istifadə etməyə çağırırıq", - məlumatda qeyd olunub.
Tarix: 05 mart 2026
Baxış: 219

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş