Xəbər lenti
Reklam
Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Sabah saat 10:00-da Abşeron rayonunun Yoncalıq və Cantəpə yaşayış massivlərində, Binəqədi şosesi 1, 2, 3-cü döngələrdə, M.Ə.Sabir, Dədə Qorqud, Mirəli Qaşqay, Yusif Məmmədəliyev küçələrində 9 min istehlakçının qazı kəsiləcək.
Gender.Az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması yeni çəkilmiş yeraltı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.
Qoşulma işləri başa çatandan mavi yanacağın verilişi bərpa ediləcək.

Tarix: 05 mart 2026
Baxış: 144

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş