Sabah bu ərazidə qaz kəsiləcək
Sabah Siyəzənin bir hissəsində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Gender.az xəbər verir ki, buna səbəb diametri 108 millimetr olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmadır.
Belə ki, sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaqdır.
Tarix: 02 fevral 2026
Baxış: 51
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş