Sabah bu ərazilərdə işıq olmayacaq
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bəzi ərazilərində yanvarın 22-də elektrik enerjisinin verilişi dayandırılacaq.
Gender.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Havalimanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. Bu səbəbdən Nehrəm, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Tarix: 21 yanvar 2026
Baxış: 19
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş