BDYPİ sürücülərə çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparır.
İdarədən "Gender.az"a verilən məlumata görə, bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.
İdarə vətəndaşları qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.
Tarix: 30 dekabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş