


“Qeyri-sabit payız havası məhsuldarlığa müəyyən qədər öz mənfi təsirini göstərməklə meyvələrin normal böyümə və məhsul yığımı dövrlərini poza bilir, erkən soyuq hava şəraiti sitrus ağaclarını ciddi şəkildə zədələyir.Xüsusən də payızın sonunda soyuq atmosfer cəbhəsi gözlənilmədən gəldikdə, bu, ağaclara mənfi təsir göstərir. Yüksək temperatur amplitudası ağacları stresə salır və meyvələrin böyüməsinə mane olur. Temperaturun dəyişməsi və izafi rütubətlik ağacların meyvə vermə qabiliyyətini zəiflədir, yüksək temperaturlar isə fotosintez prosesini azaldır.”
“İqlim dəyişikliyi səbəbindən bitkilərin vegetativ və reproduktiv fazalarının müddətində fərqlər yaranır. Əksər meyvə bitkilərində yüksək temperatur vegetativ fazanı qısaldır, bu isə çiçəklənmə üçün tələb olunan gün intervalını azaldır.”
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: