Sabah qaz kəsiləcək - Bu ərazilərdə
Hacıqabulun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Gender.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, "Rəncbər" QPS-dən qidalanan "Rəncbər" ölçü qovşağından təbii qazla təmin edilən qaz kəməri üzərində quraşdırılmış diametri 100 mm-lik RDUK-tipli qaz tənzimləyicinin baypas xəttində, diametri 100-mm-lik "RDUK-2V-100" tipli yeni qaz tənzimləyicinin və eyni zamanda diametri 100 mm-lik siyirtmələrin quraşdırılması məqsədilə əlaqədar 30 oktyabr saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonunun Nəvahi qəsəbəsi, Rəncbər, Qubalı (Qubalı-Baloğlan), Pirsaat, Nəvahi kəndləri (ümumilikdə 2 651 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Tarix: 29 oktyabr 2025
Baxış: 24
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş