Oktaybrın 28-də su kəsiləcək - Bu ərazilərdə
Sabah Sumqayıt şəhərinin bir sıra ərazilərində aparılan təmir-tikinti işləri ilə əlaqədar içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Gender.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah səhər saatlarından axşam saatlarınadək Kotec və Kimyaçılar qəsəbələri, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, həmçinin 7, 8 və 12-ci məhəllələrin bir hissəsi içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti işləri aparılacaq. Bu səbəbdən həmin ərazilərdə suyun verilməsi dayandırılacaq.
Tarix: 27 oktyabr 2025
Baxış: 27
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş