Bu şəxslər 100 manatadək cərimələnə bilər
Valideynlərin yaşı, sağlamlığı ilə əlaqədar baxıma ehtiyacları olduqda övladlarının onlara maddi və mənəvi kömək göstərmək öhdəliyi var. Bu öhdəliyi yerinə yetirməmək ailə qanunvericiliyinə zidd hərəkət sayılır. Yəni əgər övlad bilə-bilə valideyninə kömək göstərmirsə və bu nəticədə valideyn əziyyət çəkirsə, bu maddə üzrə məsuliyyət tətbiq oluna bilər.
İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsi bununla bağlıdır.
Belə ki, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir. \\Metbuat.az
Tarix: 22 oktyabr 2025
Baxış: 24
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş