İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa keçirilib
İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu tədbirin əhəmiyyətini vurğulayıb və belə görüşlərin İrəvanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini qeyd edib.
İştirakçılarla görüş zamanı o vurğulayıb ki, cəmiyyətin müxtəlif sahələrini cəlb etmək yalnız sülhü möhkəmləndirəcək.
Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. \\Report
Tarix: 22 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş