Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - SABAH...
Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə "Gender.Az"un yerli bürosuna "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.
Qeyd olunub ki, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.
Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
Tarix: 22 oktyabr 2025
Baxış: 23
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş