Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.
Bu barədə ölkənin Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tədbir zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri əsasında formalaşan sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq. \\Yeniavaz.com
Tarix: 22 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş