Xəbər lenti
Reklam
Bu sürücülər 100 manat cərimələnir

Bəzən sürücülər tıxac zamanı təcili tibbi yardım və ya fövqəladə hallar avtomobillərinin keçidi üçün açılan yoldan istifadə etməyə cəhd göstərirlər. Lakin bu, qanunvericiliyə görə ciddi qayda pozuntusu sayılır.
Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə tənzimlənir.
Belə ki, xüsusi səs siqnalı, eləcə də qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyünə malik olan nəqliyyat vasitələrinə yol verilməməsi, yaxud bu nəqliyyat vasitələrinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi 100 manat məbləğində cərimə ilə nəticələnir.
Qanun sürücülərin bu cür hallarda diqqətli olmasını və təcili yardım, yanğınsöndürmə, fövqəladə hallar kimi xidmətlərə hər zaman maneəsiz keçid imkanı yaratmasını tələb edir. \\Metbuat.Az


Tarix: 21 oktyabr 2025
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş