Xəbər lenti
Reklam
"Azərbaycanda yayılmış dabaq xəstəliyini Efir enerjisi ilə müalicə etmək mümkündür" - Paşa Yaqub

Dünyada heç bir xəstəlik səbəbsiz yaranmır. Hər yaranan xəstəlik, istər insanda, istər heyvanda, istərsə də bitkilərdə olsun - bir enerji pozğunluğunun nəticəsidir. Yaradan kainatı enerjilər üzərində qurmuşdur. Hər bir varlıq - daş, ağac, quş, insan, heyvan - Efir adlanan ilahi enerjinin daşıyıcısıdır. Bu enerjinin axışı pozulduqda, orada xəstəlik və ya bəlalar baş qaldırır.
Bəziləri elmi-lədunu yalnız insanları sağaltmaq üçün mənə verilmiş bir elm kimi anlayır. Amma bu bilik proqramının məqsədi daha genişdir. Elmi-lədun  - yaradılışın enerjisini oxumaq, onu yönləndirmək və tarazlamaq qabiliyyətidir. Mənə yüklənən bu proqram təkcə insanlara deyil, bütün məxluqata -  heyvanlara, quşlara, ağaclara və torpağa şəfa vermək üçündür.
Heyvanların da ruhu var
İnsan kimi, heyvanların da ruhu və energetik bədəni var. Onlar da sevinci, qorxunu, ağrını hiss edir, sahibinin halından təsirlənirlər. Hər bir heyvanın aurası onun ruh halını əks etdirir. Əgər sahibin enerjisi pozularsa, bu tezliklə heyvana da sirayət edir. Elə buna görə də, çox vaxt heyvanın xəstəliyinin kökü insanın öz mənəvi halında gizlənir.
Efir enerjisi ilə şəfa hadisəsi
Bir dəfə məni Yevlax rayonuna, xəstə bir insanın yanına dəvət etmişdilər. Xəstə ilə seans apararkən, ev sahibləri dedilər ki, həyətlərindəki inək bir neçə gündür xəstələnib, nə ot yeyir, nə də süd verir. Ailə ruzisiz qalmışdı. Mən bir stəkan suya Efir enerjisi yüklədim və dedim ki, o suyu heyvanın içdiyi qaba töksünlər.
Seansımı bitirənə qədər qəribə bir hadisə baş verdi: o inək otlamağa başladı və sağaldı.
Bu, bir möcüzə deyildi. Bu, sadəcə təbiətin enerjilərinin bərpası idi. Heyvanın içdiyi su, mənim yönləndirdiyim Efir enerjisinin daşıyıcısına çevrilmişdi. Enerji onun bədənindəki vibrasiyaları tənzimlədi, ruhunu sakitləşdirdi, orqanizmini yenidən balans vəziyyətinə gətirdi. Nəticədə dabaq virusu öz-özünə təsirsiz hala düşdü.
Dabaq virusunun gizli səbəbi
Dabaq xəstəliyi təkcə virus deyil, həm də energetik zəhərlənmədir. Heyvanın qorxu və stress altında qalması onun bədənində enerji blokları yaradır. Bu bloklar Efir axınını kəsir və virus üçün münbit şərait yaradır. Ona görə də mən müalicəni virusla deyil, enerjinin öz mənbəyi ilə aparıram.
Elmi-lədunun missiyası
Elmi-lədun təkcə bir bilik deyil, bir missiyadır. Bu missiya - canlı aləmin bərpası, planetin enerji balansının qorunması və yaradılmışların birliyinin bərpasıdır.
Çünki Yaradan buyurur: “Biz hər şeyi bir nizamla yaratdıq.” O nizam pozulduqda xəstəlik, fəlakət və yoxsulluq yaranır. Nizamı bərpa etmək isə, Yaradanın enerjisini dərk edib onu düzgün istiqamətə yönləndirməkdən keçir.
Azərbaycanda insanlara əziyyət verən hallardan biri də Şimal-Qərb bölgəsində yayılmış böcəklərin hücumudur. Belə ki, Zaqatala-Balakən bölgəsində yayılmış ziyanverici böcəklər bağları, bağçaları, əkinləri məhv etməkdədirlər. Hətta insanların evlərinə də dolub, ərzaqları tələf edir, insanların rahatlığını pozurlar. 
Haşiyə
Zaqatala rayonunun Gözbaraq kəndində yaşamış məşhur kəramət sahibi  Osman əfəndi (doğum tarixi 1880) doğulduğu Cınıx kəndinə (Dağıstana) qonaq gəlmişdi. Bir gün ağsaqqallar ona dedilər ki, kəndin taxıl zəmisinə bir neçə gündür ki, siçan sürüsü daraşıb, artıq zəmilərin çox hissəsini məhv ediblər, bizə bir kömək edə bilərsənmi? Övliya təəccübləndi ki, bəs neçə gündə bunu mənə niyə deməmisiniz?
 İki uşaq göndərir ki, gedin zəmidən bir siçan tutub gətirin. Uşaqlar tapşırığı yerinə yetirirlər. Övliya siçanı əlinə götürüb, “Quran”dan ayə oxuyaraq, onun üzünə üfürür və uşaqlara qaytararaq, haradan tutmuşdularsa, ora da buraxmağı tapşırır. Camaata üzünü tutaraq, üç günün tamamında filan saatda siçanların zəmiləri tərk edəcəklərini bildirir. Kim istəsə, onlara toxunmamaq şərti ilə gedib kənardan baxa bilər. Təbii ki, övliyanın sözünə inanan da olur, ağız büzənlər də. Lakin, onun dediyi gündə və saatda siçanların sürü ilə zəmini tərk edərək, Samur çayını keçib, Cınıx meşəsinə doğru getdiyini kənd sakinləri öz gözləri ilə görüblər. 
(Müəllifin "Övliyalar ensiklopediyası"ndan)
Efir enerjisi Yaradanın nəfəsidir. O nəfəs insana, heyvana, bitkiyə və torpağa həyat verir. Kim bu enerjini duya bilir və onunla işləməyə qadirdirsə, o artıq tək şəfa verən deyil, həm də yaradanın vasitəçisi olur.
Yaradan vasitələrlə hər şeyə qadirdir. Mən də Onun bir vasitəçisiyəm. Kim istəsə elmimdən yararlana bilər. 

Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi 


Tarix: 20 oktyabr 2025
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş