Gender.Az Oxu24.com-a istinadla oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu müddətsiz əlillik pensiyası alan şəxslərlə bağlıdır.
Hansı hallarda əlillik müddətsiz təyin edilir?
1.“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə.
2.31- 60% faiz aralığında ardıcıl 15 il, 61-80% aralığında ardıcıl 10 il, 81-100% aralığında ardıcıl 4 il olduqda növbəti əlillik müddətsiz müəyyən olunur.
3.“Əmək pensiyaları haqqında” və “ Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən olunur.
4.İstənilən dərəcə üzrə 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən olunur.
Hazırladı: Jalə