Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Öz bank kartını "drop", yəni cinayət faktlarından istifadə edilməsi üçün digər şəxslərə verənlər gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Öz bank kartını "drop", yəni cinayət faktlarından istifadə edilməsi üçün digər şəxslərə verənlər gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilər.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla birgə qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Y.Hüseynov əlavə edib ki, kibercinayət ölkə daxilində baş verəndə banklarla yaradılan işçi qrup, provayderlərlə qarşılıqlı əlaqə çərçivəsində bu cinayətlərin açılması təmin edilir. Hücum ölkə xaricindən ediləndə isə burada hüquqi baxımından problem yaranır:
"Məsələn, ötən il Çindən olan şəxs həmin ölkədən Azərbaycanın təxminən 570 vətəndaşına qarşı dələduzluq etmişdi. Texniki və qarşılıqlı yardım üsulları ilə bunu edənin şəxsiyyəti müəyyənləşdi. Lakin vətəndaşı maraqlandıran məsələ itirdiyi maddi vəsaitdir. Həmin ölkə vətəndaşı burada deyil, ona görə qanunvericiliyə görə həmin vəsaiti qısa müddətdə geri qaytara bilmirik".
O, həmçinin bildirib ki, son zamanlar görülən tədbirlər nəticəsində vətəndaşlara zəng vasitəsilə edilən dələduzluq halları 70-75% azalıb. \\Report

Tarix: 09 oktyabr 2025
Baxış: 98

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş