Xəbər lenti
Reklam
Yaşı 18-dən az olanların nəzərinə

Azərbaycanda yaşı 18-dən az olan işçilərin hüquqları xüsusi qaydalarla qorunur. İşə qəbul yaşı 15-dən aşağı olan şəxslər üçün qadağandır. Lakin azyaşlı olmaq işə qəbuldan imtina üçün əsas deyil.
Gender.Az bildirir ki, Metbuat.az-ın məlumatına görə, azyaşlılar ağır və zərərli istehsalatlarda, yeraltı işlərdə, barlarda, gecə klublarında, alkoqollu, tütün və narkotik məhsullarla bağlı işlərdə çalışa bilməzlər. Onların təhsil hüququnu poza biləcək işlərə cəlb olunması da yolverilməzdir.
16-18 yaşlı işçilərin əşyaları qaldırma və daşıma işləri normativlərlə məhdudlaşdırılıb. 16 yaşdan kiçik qızlar isə bu işlərə cəlb edilə bilməz. Azyaşlılar yalnız tibbi müayinədən sonra işə qəbul edilir və hər il müayinədən keçirilməlidirlər. Qısaldılmış iş vaxtı ilə işləsələr də, əmək haqqı yaşlı işçilərlə eyni məbləğdə ödənilir.
Qeyd edək ki, gecə növbələri, bayram və istirahət günlərində iş və ezamiyyətlər də azyaşlılar üçün qadağandır. Peşəkarlıq səviyyəsinin kifayət etməməsi səbəbi ilə onların əmək müqaviləsi ləğv edilə bilməz. İşəgötürənlər bu qaydalara əməl etməyə borcludur. Bu təminatlar azyaşlıların sağlamlığı və təhsil hüququnun qorunmasını təmin edir.

Sevinc İbrahimzadə


Tarix: 30 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş