Redaktor seçimi
    Atasının Putinə iki VƏSİYYƏTİ üzə çıxdı: Prezident olanda bunları elə!
Xəbər lenti
Reklam
Ermənistanda Azərbaycandan gedən ermənilərin yaşadığı ərazilər özəlləşdiriləcək

Azərbaycanı tərk edən, yataqxanalarda məskunlaşmış və Ermənistan vətəndaşlığı almış şəxslərin yaşadığı ərazilər özəlləşdiriləcək.

Gender.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar 25 sentyabrda Ermənistan hökumətinin iclasında qəbul olunub.

Söhbət Abovyan şəhərindəki Tələbə qəsəbəsinin 4-cü korpusunda, həmçinin İrəvan şəhərinin Moldovakan küçəsi 29/2 və Şirak küçəsi 2/32 ünvanlarında yerləşən binalarda yaşayan sakinlərdən gedir.

Əsaslandırmada bildirilir ki, həmin ünvanlarda yaşayan, Azərbaycandan köçmüş və Ermənistan vətəndaşlığı almış şəxslər ailələrinə yaşadıqları mənzillərin mülkiyyət hüququnun verilməsi üçün müraciət ediblər./Musavat.com   
Tarix: 25 sentyabr 2025
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş