"Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatması çox sevindirici haldır”.
Gender.Az bilirir ki. bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, Qarabağa qayıdan əhalinin məskunlaşma problemi ilə yanaşı, məşğulluq məsələsinin də həlli vacibdir:
“Əgər Ağdamda və ümumilikdə bu bölgədə belə imkanlar yaradılıbsa, bu, olduqca müsbət bir istiqamətdir. Bölgəyə səfərimiz zamanı da kifayət qədər canlanma müşahidə olundu.
Xüsusi nümayəndə də öz işini yaxşı bilməsi və yeniliklərə açıq olması bu prosesin daha uğurlu inkişafına zəmin yaradır. İş yerlərinin daha çox sahibkarlar tərəfindən könüllü şəkildə açılması və onlara lazımi şəraitin yaradılması mühümdür.
Xüsusilə, icarə qiymətləri və digər məsələlərdə diqqətli olmaq lazımdır ki, sahibkarlar ilkin mərhələdə sıxıntı ilə üzləşməsinlər”.
Millət vəkili bildirib ki, məskunlaşma genişlənmədikcə sahibkar üçün də iş qurmaq asan deyil:
“Məhsulun satışında və ya ticarət obyektinin saxlanmasında əlavə xərclər çox olduqda, iş adamlarının davam gətirməsi çətinləşir. Bütün bu məsələlər üzərində ciddi düşünülməli və sahibkarların qarşısına süni maneələr çıxarılmamalıdır. Əgər bu istiqamətdə dəstək təmin olunarsa, bölgədə iş yerlərinin sayı daha da artacaqdır”.
Leyla Turan