Xəbər lenti
Reklam
700 milyon insan həftəlik “ChatGPT”dən istifadə edir

“ChatGPT”nin yaradıcısı “OpenAI” tərəfindən istifadəçi seçimləri ilə bağlı aparılan yeni araşdırmaya əsasən, dünyada təxminən 700 milyon insan (dünyanın böyük əhalisinin 10%-i) həftəlik çatbotdan istifadə edir.
Tədqiqatın əsas nəticəsi göstərib ki, insanlar “ChatGPT”dən işlə bağlı deyil, şəxsi tapşırıqlar üçün istifadə edib: sorğuların yalnız 27%-i işlə bağlıdır. Bir il əvvəl bu göstərici 47% olub.
Çox vaxt istifadəçilər “ChatGPT”dən praktiki məsləhət (nəyi neçə etmək olar), bot ilə məlumat axtarmaq və ya mətnlər yaratmaq və redaktə etmək üçün istifadə edirlər. Bu üç mövzu bütün dialoqların 80%-ə qədərini təşkil edir.
Dialoqların demək olar ki, yarısında (49%) istifadəçilər “ChatGPT”dən məlumat və ya məsləhət almaq istəyirlər, 40%-də isə konkret tapşırığı yerinə yetirməyi xahiş edirlər (mətn, proqram kodu və s. yazmaq). 11% hallarda insanlar konkret məlumat tələb etmədən öz fikirlərini və ya hisslərini bölüşürlər. \\Yeniavaz.com 
Tarix: 15 sentyabr 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş