Redaktor seçimi
    Şahin Şıxlinskinin yerinə seçki keçirildi - Yeni rəhbərin adı bəlli oldu
Xəbər lenti
Reklam
Valideynləri tərəfindən döyülən digər azyaşlı da Bakıya gətirildi - RƏSMİ

Ağdamda valideynlərinin şiddətinə məruz qalan və rayon xəstəxanasında müalicə alan 2024-cü il təvəllüdlü azyaşlı Bakıya gətirilib.
Gender.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakı şəhərində həkimlərin müşahidəsi altında saxlanılan azyaşlı müalicə və müayinələri bitdikdən sonra agentlik tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək.
"Agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar. Hazırda 2023-cü il təvəllüdlü Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının da müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub", - məlumatda bildirilib.
Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alır.
Uşaqların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Tarix: 01 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş