Xəbər lenti
Reklam
“Azəriqaz”ın smart kart problemi: Terminal pulu qəbul edir, amma hesaba köçürmür

“Azəriqaz”ın smart kartlarınımn balansını artırmaq üçün ödəmə terminalları pulu qəbul edir, lakin hesaba köçürə bilmir.
Gender.Az Tribunainfo.az-a istinadla xəbər verir ki, bununla bağlı jurnalist Elçin Əlibəyli sosial media ilə müraciət ünvanlayıb.


O, “Azəriqaz” İstehsalat Birliyinin təqdim etdiyi smart kart sisteminin vətəndaşlara ciddi çətinliklər yaratdığını bildirib:
“Azəriqaz İB-in smart (əslində isə yararsız) kartları əhaliyə əziyyət, işgəncə vermək üçündür? Terminal işləmir deyirsiniz, amma pulu qəbul edir, hesaba köçürə bilmir. Əcəbdir, işləmirsə, pulu da qəbul etməsin də! Bu nə məntiqdir?”
Jurnalist qeyd edib ki, vətəndaşlar bir neçə dəfə terminalların qarşısında cəhd göstərsələr də, nəticə əldə edə bilmirlər:
“Həm ödəniş et, həm də bir neçə dəfə terminalların qarşısında əzab çək və nəticəsiz qalsın əməyin! Ən sadə işin öhdəsindən gəlmək özü də istedaddır”.


Tarix: 28 avqust 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş