Xəbər lenti
Reklam
TƏBİB-in sistemi çökdü, xəstələr çətin vəziyyətlə üzləşdilər - RƏSMİ AÇIQLAMA

Son üç gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasında kompüter sisteminin işləməməsi səbəbindən pasiyentlər qeydiyyat zamanı çətinliklərlə üzləşirlər və uzun müddət dəhlizlərdə gözləməli olurlar. Bu barədə KONKRET.az-ın redaksiyasına ünvanlanan şikayət məktubunda bildirilib. 
Səsləndirilən şikayətlə bağlı Konkret.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 28 avqust 2025-ci il tarixində səhər saatlarında “e-Tabib” proqram təminatında normadan artıq yüklənmə səbəbindən texniki nasazlıq yaranıb. Bunun nəticəsində bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub.
“Qısa zaman ərzində texniki problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib. Qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək üçün tibb müəssisələri tərəfindən prosedurlar alternativ qaydada icra olunub və texniki problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilib. Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir”, – qurumun açıqlamasında deyilir.

Aynurə İsmayıl
Tarix: 28 avqust 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş