Xəbər lenti
Reklam
Bakının iki rayonunda qaz kəsiləcək - YENİLƏNİB

19:56
Bakının iki rayonunda qaz kəsiləcək.
Gender.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 29.08.2025-ci il saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəxanı qəsəbəsinin, Zabrat qəsəbəsinin Yeni Sahə və Badamlıq yaşayış massivlərinin və Lökbatan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
--------
13:55

Biləsuvar rayonunda qaz sızması ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.
Gender.Az xəbər verir ki,  rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Tarix: 28 avqust 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş