Redaktor seçimi
    Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Xəbər lenti
Reklam
Hər kəsin DİQQƏTİNƏ: “Microsoft” parollardan imtina edir – Avqustun 1-dən...

Texnologiya nəhəngi “Microsoft” 2025-ci il avqustun 1-dən etibarən klassik parollardan imtina etdiyini rəsmən açıqlayıb.
Şirkətin yeni təhlükəsizlik siyasətinə əsasən, artıq “Microsoft” autentifikator tətbiqləri parolları yadda saxlamayacaq və ya avtomatik doldurmayacaq.
Yenilənmiş sistemə görə, istifadəçilər yalnız “giriş açarları” ilə sistemə daxil ola biləcəklər. Bu metodlar arasında “Face ID” (üz tanıma), barmaq izi skaneri və PIN kod kimi təhlükəsiz autentifikasiya üsulları yer alır.
“Microsoft” bu qərarı istifadəçi hesablarının təhlükəsizliyini artırmaq və parol əsaslı kibertəhlükəsizlik risklərini minimuma endirmək məqsədilə qəbul edib.
Qeyd olunur ki, giriş açarları həm daha sürətli, həm də daha çətin kənar müdaxiləyə məruz qalan sistemdir.
Ekspertlər bu addımı texnologiya sahəsində yeni təhlükəsizlik dövrünün başlanğıcı kimi qiymətləndirirlər. \\Musavat.com

Tarix: 25 iyul 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş