“Təəssüfləndirici məqam ondan ibarətdir ki, sertifikasiya prosesində minimal bal tələbinə, yəni 31 bal həddinə qədər nəticə göstərməyən müəllimlər prosesdən kənarda qalıblar. Belə ki, ən sadə sualları müəllimlər cavablandıra bilməyiblər. Onların əmək müqavilələrinə xitam verilib Elm və Təhsil Nazirliyi tərəfindən və Nazirlər Kabinetinin müvafiq qərarı əsasənında sertifikasiya prosesindən keçə bilməyənlər üçün əlavə şans da tanınır. Yəni bir il sonra onlar təkrar imtahan verə bilirlər. Çox təəssüf ki, həmin o şansdan da birinci mərhələdə kəsilən müəllimlər istifadə edə bilmirlər. Uşaqlar isə onların verdikləri yanlış biliklər səbəbindən bir növ yararsızlaşır. Yanlış bilgilər şagirdləri təhsil prosesində müvafiq bilik və bacarıqları mənimsəməsinə mane olur. Buna baxmayaraq Elm və Təhsil naziri tərəfindən bəzi qərarlar alınır. Hansı ki, prosesdən keçə bilməyən müəllimlərin bəziləri müvafiq təhsil müəssiələrində pedaqoji istiqamətdə deyil, qeyri pedaqoji sahələrdə işlərə cəlb olunurlar. Bu da ən azından müsbət dəyər kimi qiymətləndirilə bilər. Amma həmin şəxslərin kənd məktəblərinə göndərilməsi ilə bağlı səsləndirilən fikir doğru deyil. Əgər müəllimləri təkminləşdirmək ,inkişaf etdirmək istəyiriksə, onları müvafiq təlimlərə cəlb etmək olar. Kənd məktəbində çatışmazlıq varsa, boşluqları doldurmaq üçün müəllimlərin işə qəbulu zamanı müəyyən stimullaşdırıcı qərarlar almaq olar. Məsələn, ucqar məktəbdə çalışmaq istəyən müəllim üçün xüsusi imtiyazlar tanımalıyıq. Çox şəxslər gedib orada çalışa bilərlər. Düzdür hər il müşahidə edirik ki, müəllimlərin işə qəbul imtahanından sonra boş yerlər çox qalır. Əsasən də ucqar kənd məktəblərində bu hallar müşahidə olunur. Belə olduğu təqdirdə o yerləri doldurmaq üçün stimullaşdırıcı qərarlar qəbul etmək lazımdır. Əmək haqqı artımı, komunal xidmətlərdən azad etmək, kredit, ipoteka güzəştləri və digər addımlar atılarsa, o zaman ucqar kəndlərə getmək istəyənlərin sayı çoxalar. Ama o boş yerləri sertifikasiyadan kəsilmiş müəllimlərlə doldurmaq doğru deyil. Bu, artıq kənd, rayon məktəblisinin hüquqlarını tapdalamaq anlamına gəlir.“
“Ancaq şəxsən mən səsləndirilən fikirlə qətiyyən razı deyiləm. Birincisi şəhərdə, kənddə oxuyan şagird də bizimdir. Əksinə, mənə qalsa, bu gün bizim kənd məktəblərində işləyən müəllimlər daha güclü, iradəli, innovativ baxışlara malik olmalıdırlar. Bu dəqiqə bizim kəndlərdə elə fədakar müəllimlərimiz var ki, onlar innovativ yanaşmalarına, intellektlərinə, pedaqoji-metodiki biliklərinə, ümumi dünya görüşlərinə görə heç də şəhərdəki müəllimlərdən geri qalmır. Hətta bəzi müəllimlər bir sıra məqamlarda onları üstələyirlər. Bu gün bizim rayon məktəblərinin göstəriciləri ilə şəhər məktəbələrinin göstəriciləri arasında o qədər kəskin fərq yoxdur. Dövlət İmtahan Mərkəzinin hər il açıqladığı buraxılış imtahanları ilə bağlı elmi statistik təhlillərdə də siz bunu asanlıqla görə bilərsiniz. Yalnız texniki imkanlara görə bəzi kənd məktəbində işləyənlər şəhər məktəbində çalışanlardan geri qalır. O da hamıya aid deyil. Bu gün kənd məktəblərində işləyən elə müəllimlər var ki, onların sosial aktivitləri, təlimlərdə iştirakları, ümumiyyətlə, faydalı iş əmsalları şəhər məktəblərini qabaqlayır.“
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: