Xəbər lenti
Reklam
"Beş metr məsafəni keçmək üçün üç saat tıxacda qalıram" - Sürücülər yoldan narazılıq ETDİ
Bir qrup vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək Binəqədi şosesi ərazisində yolun bərbad vəziyyətə düşdüyünü bildirib.
Gender.Az xəbər veirr ki, onların sözlərinə görə, ərazidə bir müddət əvvəl kanalizasiya xəttində aparılan təmir-bərpa işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Paytaxtda yağan intensiv yağışlardan sonra isə yolda çuxurlar əmələ gəlib.
Bildirilir ki, bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır, avtomobillərin tez-tez zədələnməsinə səbəb olur və ərazidə tıxacların yaranmasına gətirib çıxarır.
"Bu vəziyyətdə maşın sürmək olmur, avtomobillərimiz dağılır", "Bu yolu aylarla qazdılar, sürücülər tıxacda qalırdı. İndi də belə vəziyyət yaranıb", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.


Tarix: 05 iyun 2026
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş